Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilirbackend

Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və energetika komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bununla bərabər, kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır.

Qanun layihəsi Milli Məlisin növbədənkənar sessiyasının növbəti iclasına tövsiyə edilib.

İnterpress.az