Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdübackend

Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu) aparılıb.

Onu da bildirək ki, Əbülfəz Elçibəy 2000-ci il avqust ayının 22-də vəfat edib. Azərbaycanın ümummilli lideri, mərhum Prezident Heydər Əliyev onun dəfnində iştirak edib.

İnterpress.az