myGov portalında yeni funksional işə salınacaqbackend

myGov portalında yeni funksional işə salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Elektron Hökumətin İnkişafı Mərkəzindən verilən məlumata görə, əyər hər hansı özəl təşkilat vətəndaşa dair məlumat əldə etmək istəsə, bu barədə vətəndaşa bildiriş gələcək və vətəndaş icazə verdiyi təqdirdə məlumatlar həmin struktura açıq olacaq.

Qeyd olunan funksionalın həmçinin mobil bankçılıq sahəsində də tətbiqi nəzərdə tutulur. Belə ki, mobil əlavə üzərindən istifadə oluna biləcək “icazə verirəm” funksiyası vətəndaşın kağız daşıyıcıda imzaladığı imzaya bərabər tutulacaq. Bu isə öz növbəsində vətəndaşlara, hüquqi və fiziki şəxslərə məsafədən bank hesablarının açılmasına, həmçinin kredit və sığorta ilə bağlı müraciət etmələrinə imkan yaradacaq.

İnterpress.az