Aİ İranın nüvə sazişinə dəstəyini bir daha vurğulayıbbackend

Aİ İranın nüvə sazişinə dəstəyini bir daha vurğulayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin bu gün yaydığı açıqlamasında qeyd edilir.

“Birgə Əhatəli Fəaliyyət Planı öz başlıca məqsədi – İranın nüvə silahı üçün lazım olan materialı və təchizatı əldə etməməsi üçün çalışır. Beynəlxalq Atom Enerjisi Agentliyi 15 hesabatında təsdiqləyib ki, İran nüvə üzrə öhdəliklərinə əməl edir”, – deyə açıqlamada bildirilir.

Məlumata görə, İrana səfəri zamanı H.Şmid ölkə ilə qanuni ticarətin davam etdirilməsi üçün Avropa İttifaqının göstərdiyi səyləri müzakirə edib.

Qeyd edək ki, Aİ Xarici Siyasət Xidmətinin baş katibi ötən həftə İrana səfər edib.

İnterpress.az