Nigeriyada terror aktı törədilib, xeyli sayda ölən və yaralanan varbackend

Nigeriyada terror aktı törədilib, xeyli sayda ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Təcili Yardım İdarəetmə Agentliyində əməliyyat rəhbəri Osman Kaçalla məlumat verib.

Hadisə Nigeriyanın şimal-şərqində, Borno ştatının mərkəzi Maiduquri şəhərinin 38 kilometrliyindəki Konduqa yaşayış məntəqəsində qeydə alınıb. Ard-arda üç partlayış nəticəsində 30-dan artıq sakin ölüb, 40-dən artıq yaralı var.

Yerli futbol fanatlarının oyuna baxmaq üçün toplaşdığı salonda üç intiharçı-kamikadze terrorçu tərəfindən törədilən partlayışlar nəticəsində 17 nəfər yerindəcə ölüb.

İnterpress.az