Masallıda yol qəzası olub, yaralılar varbackend

Masallıda yol qəzası olub, yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi məlumata görə, qəza Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib.

Rayonun Dadoba kənd sakini, 1981-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Sadıqov sükanı arxasında olduğu 10-MT-517 dövlət qeydiyyat nişanlı \”Mercedes\” markalı avtomobildə idarəetməni itirib və avtomaşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü ilə birgə avtomobildə olan həmkəndliləri – 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov, 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov və 1991-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib və vəziyyəti kritikdir.

İnterpress.az