Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Azərbaycana Çindən çoxsaylı turistlər gələcək"- Dövlət Turizm Agentliyinin sədri

"Belə bir tədbirin Bakıda keçirilməsi çox vacib idi".

Dərc edilib: 18 iyun 2019 [13:50]
Baxış sayı: 11708

İnterpress.az-ın məlumatına görə, bunu bu gün 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev söyləyib.

Dövlət Turizm Agentliyinin sədri deyib ki, Bakıya 37 ölkədən turizm administrasiyalarının rəhbərləri gəlib: "Bu insanları Azərbaycanın mədəni irsi ilə tanış etmək vacib idi. Azərbaycana gələn qonaqlar çox məmnun qalıb. Bu gün axşam nümayəndə heyətlərini Yanardağ kompleksinə aparacağıq".

F.Nağıyev qeyd edib ki, Çinlə müqavilə bağlanıb və Azərbaycana Çindən gələnlər çoxdur: "Azərbaycana çoxsaylı Çin turistləri gələcək. Belə tədbirlər, platformalar ölkəyə turistləri cəlb etmək üçün kömək edir".


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 143