ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olubbackend

ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə səfirliyin rəsmi \”Twitter\” səhifəsində bildirilib.

\”ABŞ-ın Kiyevdəki səfirliyi binada bombanın olması ilə bağlı məlumat alıb və bu hadisəni araşdırır”, – deyə səfirliyin \”Twitter” səhifəsində qeyd olunub. Amerikalı diplomatlar vətəndaşlara ABŞ-ın Ukraynadakı səfirliyini ziyarət etməməyi məsləhət görüb.

Qeyd edək ki, bu gün ABŞ-ın Ukraynadakı səfirliyinə yeni müvəqqəti işlər vəkili Vilyam Teylor gəlib. V.Teylor 2006-2009-cu illərdə ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini icra edib.

İnterpress.az