Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib.

Dərc edilib: 19 iyun 2019 [11:56]
Baxış sayı: 12552

İnterpress.az xəbər verir ki, Rusiyanın Ufa şəhərində keçirilən, 119 ölkənin təmsilçilərinin iştirak etdikləri görüşdə hibrid təhlükələrin artması şəraitində milli təhlükəsizliyin və dayanaqlı iqtisadi-sosial inkişafın təmin edilməsi məsələsi müzakirə olunub.

R.Mehdiyev görüşdə məruzə ilə çıxış edib, hibrid təhlükələrin proqnozlaşdırılması, qabaqlanması və qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşün gündəliyinə, həmçinin fövqəladə humanitar cavab tədbirləri sahəsində əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyi sistemi və terrorçuluq ideologiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi daxildir.

Tədbir çərçivəsində R.Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Moldova Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Dəmir Sıqınbayev ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201