Haqq savaşçısı yoxsa, qrant ovu? – Osman Gündüzün Ramin Quluzadədən “istəy”ibackend

Haqq savaşçısı yoxsa, qrant ovu? – Osman Gündüzün Ramin Quluzadədən “istəy”i

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Multimedia\” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini son zamanlar sosial şəbəkədə tənqid atəşinə tutub.

Osman Gündüz bu tənqidləri nə üçün edir? Hansısa problemlərə görə, yoxsa qarşılığında nəsə istəyi var?

Son tənqidlərə baxdıqda məlum olur ki, Osman Gündüzün əsas işi haqq, ədalət yox, şantajdır. Belə ki, Osman Gündüz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini tənqid edərək qrant almaq istəyindədir.

Onun sosial şəbəkədə yazdığı statuslardan da bu açıq aydın görsənir.

Belə ki, Osman Gündüz son paylaşımında Prezident Administirasiyasını işə qatmaqla, birbaşa Ramin Quluzadəni hədəf alır. O, nazirliklə Prezident Administirasiyasını qarşı-qarşıya qoyaraq məhz nazirliyi \”pat\” vəziyyətinə qoyamaq niyyəti güdür. Əldə edilən məlumata görə, Osman Gündüz bu addımı atmaqla, məhz nazirliyi şantaj edir və qrant almaq istəyir.

Osman Gündüzün bu istəyi təkcə qrant yox, daha yüksək məbləğli qrant almaq istəyindən irəli gəldiyi deyilir.

Doğrudur, Osman Gündüz məhz İnformasiya Sistemləri Texnologiyaları sahəsində mütəxəssis olsa da, onun son zamanlar yazdıqları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhz şantaj etməkdir. Çünki o, yazdıqlarında heç bir əsas göstərmir. Ümumiyyətlə, Osman Gündüz əvvələr nazrlik barədə yazmaması da, sual doğurur. Çünki Osman Gündüz əvvələr nazirlik tərəfindən \”dolandırılıb\”. Ancaq son zamanlar onun qrant ala bilməməsi bu addımı atmasına gətirib çıxardığı deyilir.