Goranboyda fəhlə ekskavatordan yıxılaraq ölübbackend

Goranboyda fəhlə ekskavatordan yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. “Körpü Bina Tikinti” MMC-də fəhlə işləyən Səlahəddin Abdullayev ekskavatorun üzərindən yıxılaraq ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən S. Abdullayev orada ölüb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az