ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Yaxın Şərqə səfər edibbackend

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Yaxın Şərqə səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Səudiyyə Ərəbistanı Krallığında, Küveytdə, Oman Sultanlığında və Bəhreyndə ikitərəfli görüşlər keçirəcək.

ABŞ diplomatı Yaxın Şərq regionundakı vəziyyəti, İran məsələsini və Oman dənizində neft tankerlərinə edilən hücumu müzakirə edəcək.
İyunun 27-də isə Brayan Huk Parisə səfər edəcək və burada İranla Hərtərəfli Birgə Fəaliyyət Planını imzalamış ölkələr – Britaniya, Almaniya və Fransadan olan rəsmilərlə görüşlər keçirəcək.

İnterpress.az