İyul-oktyabr aylarında Rusiya-Azərbaycan sərhədinin yüksək dağlıq ərazilərində nişanlar quraşdırılacaqbackend

İyul-oktyabr aylarında Rusiya-Azərbaycan sərhədinin yüksək dağlıq ərazilərində nişanlar quraşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, iclasda 3 sentyabr 2010-cu ildə imzalanmış Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüş əsnasında tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planını qəbul ediblər.
İclasın nəticələrini əks etdirən protokola uyğun olaraq, Birgə Komissiyanın işçi qrupu tərəfindən bu ilin iyul-oktyabrında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yeri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

İnterpress.az