Bakıda təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumu ilə əlaqədar mətbuat konfransı keçirilibbackend

Bakıda təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumu ilə əlaqədar mətbuat konfransı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Birləşmiş Millətlər Təşkilatı ilə birgə keçirilən Forumun təşkilati məsələləri ilə əlaqədar məlumat verib.

Onun sözlərinə görə, Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir. Dövlət Agentliyinin sədri qeyd edib ki, Forumun məqsədi dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə bu istiqamətdə qabaqcıl təcrübələrin mübadiləsidir. Forumda müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlərinin, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur. Tədbir müxtəlif plenar sessiyalar, seminar və paralel tədbirlərdən ibarət olacaq. Eyni zamanda 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.

İnterpress.az