Əli Həsənov beynəlxalq konfransda iştirak edibbackend

Əli Həsənov beynəlxalq konfransda iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.

Konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, o cümlədən, BMT-nin Baş katibinin müavinləri, Avstriya tərəfdən Federal Hökumətin və parlamentin nümayəndələri, habelə bu ölkədə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların üzvləri iştirak edirlər.

Əli Həsənov beynəlxalq konfransda iştirak edib

Əli Həsənov beynəlxalq konfransda iştirak edib

İnterpress.az