Özcan Dəniz boşanır – evlilik 15 ay çəkdibackend

Özcan Dəniz boşanır – evlilik 15 ay çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, u barədə “Kanal D”də yayımlanan “İkinci sayfa” maqazin verilişində məlumat verilib.

İddia olunur ki, sənətçi 15 aydır evli olduğu Feyza Aktanla yollarını ayrılmaq qərarına gəlib. Məlumatda bildirilir ki, boşanmaqda israrlı olan tərəf Özcandır.

Lakin Özcan və Feyza cütlüyünün hansı səbəbdən boşanması barədə hələlik heç bir məlumat yoxdur. Boşanma prosesi ilə bağlı yayım qadağası olduğu üçün detallar açıqlanmır.

Qeyd edək ki, Özcanın 46, Feyzanın isə 26 yaşı var. Müğənni ötən il martın 8-də 15 nəfər qonağın iştirakı ilə Aktanla nikah bağlamışdı.

İnterpress.az