Putin sanksiyalar səbəbindən Rusiya, ABŞ və Avropanın itkilərini açıqlayıbbackend

Putin sanksiyalar səbəbindən Rusiya, ABŞ və Avropanın itkilərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin \”Birbaşa xətt\” canlı efirində çıxışında bildirib. O, bildirib ki, sanksiyalar səbəbindən təkcə Rusiya itirməyib: \”ABŞ-ın itkisi 17 mlrd dollar olub. Onlarla bizim ticarət dövriyyəmizin həcmi azdır. Avropa ölkələri isə 240 mlrd dollar, Yaponiya 24 mlrd dollar itirib. Bu həm də həmin ölkələrdə iş yerlərinin itkisi deməkdir\”.

Rusiya prezidenti ölkəsinin Qərblə barışacağı təqdirdə bunun ölkə iqtisadiyyatına hansı müsbət təsirlərinin ola biləcəyinə dair sualı da cavablandırıb: \”Biz heç kəslə dalaşmamışıq ki, barışaq. Dalaşmaq fikrimiz də yoxdur. Amma sizə deyim ki, sanksiyalar götürülsə belə, iqtisadiyyatda çox cüzi dəyişiklik olacaq. 2014-cü ildən bu tərəfə bizim iqtisadiyyatda çox irəliləyiş olub. 10 il bundan qabaq kimsə desəydi ki, Rusiya 20 milyard dollardan çox həcmdə kənd təsərrüfatı məhsulları ixrac edəcək, bu, hamıda təbəssüm doğurardı. Krım, Donbas məsələsinə Çinin heç bir aidiyyatı yoxdur. Lakin Çinə də sanksiyalar tətbiq olunur. Niyə? Çünki Çin dünya iqtisadiyyatının güc mərkəzinə çevrilməkdədir. Təbii ki, digər güc mərkəzi ABŞ bunu istəmir. Ona görə də, buna mane olmağa çalışır. Eyni münasibət Rusiyaya qarşı da sərgilənir\”.

İnterpress.az