“Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır”- Baş nazirin müavinibackend

“Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır”- Baş nazirin müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün yaşayır və bu da ölkə əhalisinin 10 faizidir: “Bu vəziyyət 30 ilə yaxındır ki, davam etməkdədir. Bundan çıxan nəticə ondan ibarətdir ki, Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, vəziyyətin belə ağır olmasına baxmayaraq, beynəlxalq təşkilatlar Azərbaycanda münaqişənin tənzimlənməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün çox təsirli addımları bu günə qədər görə bilməyib. Beynəlxalq təşkilatlar, ilk növbədə isə BMT tərəfindən yaradılmış ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır ki, Azərbaycanın məcburi köçkün vəziyyətində olan insanları yaxın zamanlarda öz yurd-yuvalarına qayıtsınlar”.

İnterpress.az