Azərbaycan və Gürcüstan parlamentinin sədrlərinin görüşü keçirilibbackend

Azərbaycan və Gürcüstan parlamentinin sədrlərinin görüşü keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatna görə, O. Əsədov görüşdə bildirib ki, Azərbaycan və gürcü xalqlarınırn dostluğunun qədim tarixi var, həmişə çətin gündə bir-birimizə dayaq olmuşuq.

Spiker O. Əsədov deyib ki, həm Azərbycanq, həm Gürcüstan müstəqillik əldə etdikdən sonra münasibətlərimiz inkişaf edib və strateji tərəfdaşlıq səvyyəsinə çatıb: “Çox sevindirici haldır ki, dövlət başçıları çoxsaylı qarşılıqlı səfərlər edib, görüşlər keçirib. Bu, strateji əməkdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir. Çox şadıq ki, siyasi əlaqələrmizlə bərabər iqtisadi əlaqələrimiz də inkişaf edib. 2018-ci ildə ticarət dövriyyəsi 590 milyon dollardan çox olub. Bu dövrlər ərzində Azərbaycan Gürcüstanda əsas investorlardan biri olub. Azərbaycan Gürcüstana 3 milyard dollara qədər investisiya qoyub. Bu ilin aprel ayına qədər ticarət dövriyyəsi 243 milyon dollar olub. Bu il ticarət dövriyyəmizin daha yüksək olacağını gözləyirik”.
O. Əsədov qeyd edib ki, Azərbaycan və Gürcüstan regionda həyata keçirilən böyük layihələrin iştirakçılarıdırlar: “Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANP layihəsi, hazırda 87 faizi hazır olan TAP layihəsi Avropanın enerji təhlükəsizliyində hansı rolu onyadığımızın təzahürüdür. Biz çox şadıq ki, enerji ilə bərbər, nəqliyyat sahəsində də ölkələrimiz birgə layihələr həyata keçirir. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Əminik ki, bu layihə tam gücü ilə işləyəndən sonra hər iki ölkə bundan böyük gəlir əldə edəcək. Mən son dəfə Gürcüstana səfər edəndə Tiflisdə bir çox SOCAR yanacaqdoldurma məntəqələri görəndə ürəyim açıldı. Bildim ki, SOCAR gürxüstanda böyük işlər görür. Mən çoz şadam ki, rardament əlaqələrimiz aləqələriy üksək səvyiyədə inkişaf edib. Keçən il Əflatun Amaşovun rəhbərliyi ilə dostluq qurumuz Gürcüstanda olmuşdu. Biz dostluq əlaqələrimizin inkişafına yüksək diqqət yetiririk. Biz dostluq əlaqələrimizin daha sürətlə inkişfa etirilməsinə diqqət yetiməliyik. Xarici əlaqələr komitələrinin bu yaxınlarda ikitərəfli – Azərbaycan və Gürcüstan, üçtərəfli- Azərbaycan, Gürcüstan və Türkiyə görüşləri oldu. Deputatlarımız bir çox parlament assambleyalarında bir-birlərinin mövqelərini həmişə dəstəkləyirlər. Mən ikitərəfli gbrüşdə də dedim ki, bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər. Çox təssüflər olsun ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıblar. Biz inanmaq istəyirik və ümidimizi itirməmişik ki, Cənubi Osetyia, Abxaziya və Dağlıq Qarabağ münaqişəəri ölkələrin əiazi bütbövlüyü çərçivəsində həllini tapacaq”.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze qəbula görə təşəkkür edib: “Bu gün Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdırlar. Ölkələrimiz arasında tarixi dostluq münaibətləri var. Çox şadıq ki, bu tarixi dostluğu müstəqillik əldə etdikdən sonra dövlətlərarası dostluğa çevirə bildik. Münasibətlərin inkşafında Ümummilli Lider Heydər Əliyevin xidməti çox böyük idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələr dinamik inkişaf edir. Şadıq ki, bizim çox gözəl siyasi münasibətlərimiz var. İlk növbədə bu, çox gözəl ikitərəlfli əlaqələrimizdir. Azərbaycan tərəfindən Gürcüstanın ərazi bütbövlüyünə hörmətlə yanaşılması bizim üçün çox əhəmyiyətlidir. Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünə anoloji qaydada hörmətlə yanaşır. Biz də ümid edirik ki, bu münaqişələr sülh yolu ilə həll olunacaq. Ümumiyyətlə, ölkələrimiz üçün sülhün və stabilliyin çox böyük əhəmiyyəti var. Sülh və stabillik olmasa, ölkələrimizin inkişafına böyük problemlər yaranar”.

İrakli Kobaxidze nəzərə çatdırıb ki, iki ölkə ikitərəlfi və çoxtərəfli formatlarda əməkdaşlıq edir: “Biz Avropa Şurası və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir, bir-birimizin maraqlarını qoruyuruq. Əlbəttə, siyasi əlaqələrin inkşafında parlamentlərarası əlaqələr də çox önəmlidir. Şadam ki, bu sıx əməkdaşlıq xüsusən parlamentəlarası dostluq qrupları arasında mövcuddur. Qarşılıqlı səfərlər parlamentlərin bir-birinə daha yaxın olmasına kömək edir. Komitələr, parlamentlərin aparatları arasında əlaqələr də çox mühümdür. Bu cür yüksək səviyyəli səfələr əlaqələrimizin inkişafına böyük töhfə verir ”.

Gürcüstan parlamentinin sədri qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir: “Ancaq bizim perspektivdə bir çox imkanlarımız var və o imkanlardan da istfiadə etməliyik. Xüsusi əhəmiyyətli məsələ energetika və nəqliyyat sahələrində icra olunan layihələrdir. Üçtərəfli layihələr- Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə həyata keçirilmiş layihələr çox əhəmiyyətlidir. Bu layihələr iqtisadi əhəmiyyətdən başqa region üçün başqa aspektlərdən də önəmlidir. Şadıq ki, Azərbaycan investorları Gürcüstanda geniş təmsil olunublar. Biz çalışırıq ki, Azərbaycan şirkətləri üçün ölkəmizdə yaxşı şərait yaradaq. Gürcüstan biznesin inkişafına görə dünyada 6-cı yeri tutur. Bu, Azərbaycan şitrkətlərinin daha da fəallaşmasına kömək edəcək. Bizim üçün mədəniyyət və təhsil sahələrində əməkdaşlıq da əhəmiyyətlidir. Biz şadıq ki, konkret təşəbbüslər var. Lakin imkanlarımız da çoxdur və bu yöndə səylərimizi davam etdirməliyik. Bizim dostluğumuz, əlaqələrimizin inkişafı marağımızdadır və çox şadam ki, bu sahədə dinamika artmaqdadır. Sizin şəxsi dəstəyinizə görə təşəkkür edirəm”.

O. Əsədov bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında Gürcüstanın nümayəndə heyətinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi postuna seçkilərdə Azərbaycan nümyaəndəsi Asəf Hacıyevi dəstəkləklədiyini görə təşəkkürünü çatdırıb: “Mən sizə məktubla müraciət etmişdim ki, Azərbaycan nümyəndəsini dəstəkləyəsiniz. Dəstəyinizə gbrə çox çsağ olun. Nümayəndə heyətimizin üzvü QDİƏT Parlament Məclisinin baş katibi seçildi”.

Görüş müzakirələrlə davam edib.

İnterpress.az