Ərdoğan “S-400”-lərin Türkiyəyə gətiriləcəyi tarixi açıqlayıbbackend

Ərdoğan “S-400”-lərin Türkiyəyə gətiriləcəyi tarixi açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Xarici mətbuata əsasən verdiyi məlumatına görə, Ərdoğan xarici jurnalistlərlə İstanbulda Dolmabaxça sarayında keçirdiyi görüş zamanı bunun artıq bitmiş məsələ olduğunu deyib: \”S-400 məsələsi artıq bitib, iyulun ilk yarısında komplekslər Türkiyəyə gətiriləcək. Komlekslərin harada yerləşdiriləcəyi də məlumdur. Türkiyə Silahlı Qüvvələri S-400-lərin harada yerləşdiriləcəyini artıq müəyyənləşdirib\”.

Ərdoğan S-400 məsələsinə görə ABŞ-la Türkiyə arasında yaranmış gərginlikdən də danışıb. O, \”Patriot\” kompleksləri üçün ABŞ-ın Türkiyəyə uyğun təklif vermədiyini qeyd edib: \”ABŞ Türkiyəyə \”Patriot\” raketləri üçün yaxşı təklif vermədi. F-35-lərə gəlincə, F-35-lər olmasa, dünyanın sonu deyil. Ancaq F-35-lərə görə ödədiyimiz pulu beynəlxalq məhkəmə yolu ilə geri alacağıq\”.
Türkiyə prezidenti ABŞ-ın Türkiyəni sanksiyalarla hədələməsinə də münasibət bildirib: \”ABŞ sanksiya qərarı verməzdən əvvəl diqqətli düşünməlidir. Sanksiya olacaqsa, Türkiyə də əks sanksiya tətbiq edəcək\”.

Ərdoğan Yaponiyada keçiriləcək G-20 sammitində ABŞ prezidenti Donald Trampla görüşəcəyini bildirib: \”Trampla sanksiyalar məsələsini müzakirə edəcəyik. Ondan Türkiyəyə sanksiya tətbiq olunmasını uyğun hesab edib-etmədiyini soruşacağam. İnanıram ki, sanksiyaları uyğun hesab etmədiyini deyəcək. Trampla münasibətlərimiz onun komandası ilə münasibətlərimizdən çox fərqlidir\”.

İnterpress.az