“Gürcüstan parlamentinin sədri gözlənilməz hadisələrlə əlaqədar dünən ölkəsinə döndü”- Asəf Hacıyevbackend

“Gürcüstan parlamentinin sədri gözlənilməz hadisələrlə əlaqədar dünən ölkəsinə döndü”- Asəf Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, A. Hacıyev deyib ki, Gürcüstanda gözlənilməz hadisələr başlayıb, Gürcüstan nümayəndə heyətinin ölkəyə qayıtması bununla bağlıdır: \”Gürcüstan parlamentinin spikeri Azərbaycanda rəsmi səfərdə idi. Rəsmi səfər dayandırıldı. Spiker dünən ölkəsinə döndü. Biz onları başa düşməliyik. Gürcüstanda vəziyyət xeyli mürəkkəbdir, problem məhz parlamentdədir. Ona görə də Gürcüstan nümayəndə heyəti təcili geri qayıtdı. Ancaq bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işinə təsir göstərmir. Çünki bir neçə sənəd yekdilliklə qəbul edildi, bir ölkənin orada olmamasının buna təsiri yoxdur”.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Tbilisi küçələrinə çıxan aksiyaçılar Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Dünən keçirilən aksiya gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.

İnterpress.az