“Azərbaycan dövləti sahibkar qadınların beynəlxalq arenada əlaqələr qurmasının tərəfdarıdır”- Komitə sədribackend

“Azərbaycan dövləti sahibkar qadınların beynəlxalq arenada əlaqələr qurmasının tərəfdarıdır”- Komitə sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib.

Komitə sədrinin sözlərinə görə, eyni zamanda qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 6797 yeni iş yeri açılıb: \”Ümumiyyətlə, dünya üzrə statistik məlumatlara görə, yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaradıb. Bu, onu göstərir ki, qadınların iqtisadi təşəbbüskarlığı artmaqdadır\”.

H. Hüseynova qeyd edib ki, Azərbaycanda sahibkar qadınların imkanlarının artırılaraq yeni bazarlara çıxışının genişləndirilməsi zəruridir: \”Azərbaycan dövləti sahibkar qadınların beynəlxalq arenada əlaqələr qurmasının, şəbəkələr yaratmasının tərəfdarıdır\”.

İnterpress.az