Səhiyyə Nazirliyi uşaq xəstəxanalarında monitorinqlər keçirirbackend

Səhiyyə Nazirliyi uşaq xəstəxanalarında monitorinqlər keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında K.Y.Fərəcova adına Elmi -Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Baş pediatr bildirib ki, 2003-cü ildə “Azərbaycanda körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanun qəbul edilib: \”Həmin qanunun məqsədi dünyaya gələn uşaqların ən azı 95-98 faizinin ana südü ilə qidalanması təmin etməkdir. Uşaqlara süni qidanın verilməsi üçün tibbi göstəriş olmalıdır. Elm və təcrübə ilə sübut olunub ki, hər 100 doğan anadan 98-i övladını ana südü ilə qidalandırmağa qadirdir. Amma təəssüf ki, bəzi hallarda əsas olmadan süni qida verilməsinin şahidi oluruq. Yaxşı uşaq həkimi heç vaxt əsassız halda süni qida təyin etməz. Təəssüf ki, anaların, bəzən isə həkimlərin belə nöqsanları ilə qarşılaşırıq. Ona görə də monitorinq keçiririk ki, çatışmazlığı aşkarlayıb aradan qaldıraq\”.

İnterpress.az