Azərbaycan boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıbbackend

Azərbaycan boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, öncə 56 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular “Uriçye Arena”nın rinqinə çıxıblar.

Azərbaycan yığmasının heyətində qüvvəsini sınayan ilk boksçu Tayfur Əliyev olub. O, 1/16 finalda Boyan Asenovla qarşılaşıb. 3:2 hesabı ilə qələbə qazanan boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.

Qeyd edək ki, bu gün daha iki boksçumuz rinqə çıxacaq.

İnterpress.az