Minsk-2019: Azərbaycan ilk medalını qazanıbbackend

Minsk-2019: Azərbaycan ilk medalını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, qarışıq cütlərin dinamik hərəkətlərində Azərbaycan təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər.

Səkkiz cütün mübarizəsində Azərbaycan təmsilçiləri Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi də qüvvəsini sınayıb. İdmançılarımız 28,830 xalla yarışı ikinci yerdə başa vurub.
Bununla da Azərbaycan II Avropa Oyunlarında ilk medalını qazanıb.

Yarışın qalibi adına rusiyalılar Viktoriya Aksyonova və Kirill Startsev yiyələnib – 29,060 xal.

Qeyd edək ki, bu növdə hakimlər briqadasında Dürdanə Əhmədova da yer alıb.

İnterpress.az