Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Barıt qoxulu Tiflisdən Bakı necə görünür – GÜRCÜSTANDAN QEYDLƏR

Tiflisdə nələr görmədik ki...Küçələrdə etiraz edən kütlə, aksiyaçılara qarşı hökumət qüvvələrinin önləyici tədbirləri, göz yaşardıcı qaz, rezin güllələr, qızışan və bəlkə də qızışdırılan siyasi etiraz ruhu...

Dərc edilib: 23 iyun 2019 [00:08]
Baxış sayı: 34847

Təşkilatçılarından birinin də rəhbəri olduğum Azərbaycan Diaspor İnformasiya Mərkəzinin olduğu beynəlxalq konfransda iştirakla bağlı son bir neçə gün qonşu Gürcüstanda, onun paytaxtı Tbilisidə oldum. Tbilisi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində reallaşan “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” mövzusunda keçirilən Beynəlxalq Konfrans həm də hamımızın həssaslıqla izlədiyimiz Tbilisi iğtişaşlarının yaşandığı günlərə təsadüf edirdi.

Bu baxımdan həm qonşu respublikanın paytaxtında yaşanan və dünya mediasının ana xəbərlərindən birinə çevrilmiş həmin aksiyaların canlı şahidi oldum, eyni zamanda bu müəyyən nəticələrə gəlməyim üçün bazis rolunu oynadı. Gürcüstanda yaşananlar qonşu dövlətin daxili işi olduğundan baş verənlərlə bağlı şəxsi mülahizələrimi bölüşmək niyyətində deyiləm. Nəyin niyə baş verdiyinə dair ən ədalətli hökmü əlahəzrət TARİX verəcək. Amma bizim borcumuz həm də içində olduğmuz bu ən yeni tarixdən özümüz üçün gərəkli nəticələri çıxartmağımızdır. Məhz bununla bağlı Tiflis düşüncələrimi oxucularla bölüşmək qərarına gəldim. Beləliklə...

Tiflisdə nələr görmədik ki...Küçələrdə etiraz edən kütlə, aksiyaçılara qarşı hökumət qüvvələrinin önləyici tədbirləri, göz yaşardıcı qaz, rezin güllələr, qızışan və bəlkə də qızışdırılan siyasi etiraz ruhu...İndi Azərbaycanda kimlərsə baş verənləri “Gürcüstanda növbəti demokratiya nümayişi” adlandıra, bundan özlərinə sərf edən hansısa nəticələr çıxara bilərlər. Amma fakt faktlığında qalır ki, baş verənlər əslində Gürcüstanın “barıt çəlləyi üzərində rəqs”indən başqa heç nə deyil. Bu “rəqsi”n Azərbaycana da ixracını arzulayanların mövcudluğu da sirr deyil. Elə oxuduğunuz yazının qələmə alınması səbəblərindən biri də olayların canlı şahidi kimi hiss etdiklərimi çatdırmaq ehtiyacıdır.

Biz Tbilisidə nə qədər qonaq olsaq da qonşu ölkədə yaşananlara biganə qala bilməzdik. Hər halda vətənimiz Azərbaycanla həmsərhəd olan bir dost ölkədəki iğtişaşlar və nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətin olan olaylar diqqətimizdən kənarda qala bilməzdi.

Rezin güllələr altında yadıma ilk düşən aydın səmalı, güvənli Bakımız oldu. Gözyaşardıcı qazın təsiri həm də yaddaşımızı yenilədi: axı buna oxşar olayları biz də az yaşamamışıq. Həmin anda ölkəmizin illərlə qazandığı siyasi sabitliyinin əvəzolunmazlığı xatırlanmaya bilməzdi. Həmin günlər havasından barıt qoxusu gələn Tbilisi küçələrindən bu sabitlik necə möhtəşəm görünürdü...

...Və düşündüm: Bu bəzilərinin iddia etdiyi kimi “gürcü demokratiyası”nın təntənəsi deyil, çünki təntənə barıt qoxulu ola bilməz. Bu başıpozuqluq, qeyri-stabillik və Gürcüstanın başı üzərini almış qatı dumandır. Bu duman Gürcüstan-Azərbaycan sərhəddinə qədər bizimlə idi. Sərhədin bu tayında isə sanki günəş insanlara daha səxavətlə işıq saçırdı, hava aydın və sabaha inam doluydu...

Bura vətən idi. Sənin, mənim, hamımızın vətəni Azərbaycan! Cənubi Qafqazın sabitlik adası olan qürur yerimiz. Hər bir azərbaycanlının ən ümdə vəzifələrindən biri isə Vətənimizin bu dəyərini qorumaqdır.

Toğrul Allahverdili






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 188