“Azərbaycanda qəzada həyatlarını itirmiş insanların qəbirlərini axtaran hüquqşünaslar peyda olub”- Rəşad Əhmədovbackend

“Azərbaycanda qəzada həyatlarını itirmiş insanların qəbirlərini axtaran hüquqşünaslar peyda olub”- Rəşad Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu bu gün İcbari Sığorta Bürosunun icraçı direktor Rəşad Əhmədov KİV nümayəndələri üçün təşkil olunmuş maarifləndirici seminarda çıxış edərkən bildirib.

R. Əhmədov deyib ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi ilə bərabər fiziki şəxslərin sağlamlığına vurduğu zərərlərin əvəzinin ödənilməsini də nəzərdə tutur.

\”Söhbət 5 min manat vəsaitdən gedir. Əgər avtomobil qəzasında insan həyatını itiribsə, həmin şəxslərin varisləri müvafiq sığorta şirkətinə, İcbari Sığorta Bürosuna müraciət edərək 5 min manat sığorta ala bilər. Ancaq bir çox insanlarımız bundan məlumatsızdır. Ona görə bəzi hüquqşünaslar bu işlə məşğuldur. Təzə qəbir, qəzada həyatını itirmiş insanlar barədə məlumat əldə edəndə onların varisləri ilə əlaqə yaradır, onlara sığorta şirkətindən 5 min manat vəsait ala biləcəyini nəzərə çatdırır. Bunun üçün həmin hüquqşünas 1 000, 2 000 min manat, yaxud alınacaq sığorta haqqının yarısını müqavilə ilə özünə götürərək 5 min manat sığorta haqqının alınmasını təmin edir. Halbuki həmin şəxsin varisləri özləri sığorta şirkətinə, İcbari Sığorta Bürosuna müraciət etməklə, həmin 5 min manatı rahat şəkildə ala bilərlər. Vətəndaşlar bu barədə məlumatsız olduğundan bir qrup hüquqşünas bu işlə məşğuldur. Bu hüquqşünaslara hüquqi baxımdan irad tutmaq da mümkün deyil. Hər il belə hüquqşünaslarla bağlı müəyyən sayda belə hallarla rastlaşırıq\”, – deyə R. Əhmədov bildirib.

İnterpress.az