Tbilisidə etirazçılar aclıq askiyasına başlayıblarbackend

Tbilisidə etirazçılar aclıq askiyasına başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, parlament binasının qarşısında çadır quran üç aksiyaçı tələbləri qəbul edilməyəcəyi təqdirdə aclıq aksiyasına davam edəcəklərini bildiriblər.

Aksiyaçılar Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını, iyunun 20-də keçirilən nümayiş zamanı həbs edilənlərin azad edilməsini, aksiyaçılara atəş açan polis əməkdaşlarının cəzalandırılmasını və parlamentə proporsional seçkilərinin keçirilməsini tələb edirlər.

Qeyd edək ki, bu gün saat 14:00-da Tbilisidə yerləşən Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinədək maşınlarla yürüş təşkil ediləcək. Saat 19:00-da isə yenidən parlament binası qarşısında mitinq keçiriləcəyi planlaşdırılır.

İnterpress.az