Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan İsrailə biyan kökü ixrac edəcək

Azexport.az portalı vasitəsilə İsrailə biyan kökü ixrac ediləcək.

Dərc edilib: 24 iyun 2019 [12:12]
Baxış sayı: 25495

İnterpress.az xəbər verir ki, Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, portalının dəvəti ilə İsrailin ən böyük biyan kökü və ekstraktı idxalçısı həmçinin, bu sahədə dünya üzrə ilk onluqda yer alan “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda ölkənin biyan kökü ixrac edən şirkət nümayəndələri ilə görüşüb.

Görüşdə bildirib ki, Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2,5-3 min ton yüksək keyfiyyətli biyan kökü məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub.
İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumatlar, eləcə də, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan kökü qəbulu və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan kökü məhsulu əldə olunur. Əldə olunan məhsul əsasən Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac olunmaqla yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201