“Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdır”- Elmar Məmmədyarovbackend

“Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdır”- Elmar Məmmədyarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə görüşdən sonra birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ölkələr arasında energetika sahəsində əlaqələr inkişaf edir: \”Bir milyard kub metr qaz Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Bolqarıstana veriləcək. Bakı-Tibilisi-Qars layihəsini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdim. Bolqarıstanın bu məsələ ilə bağlı birmənalı mövqeyinə görə təşəkkür etdim. Strateji tərəfdaşlıq sazişi çərçivəsində strateji danışıqlar aparırıq. Bununla bağlı ilk iclas ötən il olub\”.

İnterpress.az