“Avropa Məhkəməsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı kommunikasiya mərhələsi yekunlaşıb”- Çingiz Əsgərovbackend

“Avropa Məhkəməsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı kommunikasiya mərhələsi yekunlaşıb”- Çingiz Əsgərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

O bildirib ki, Ermənistanın qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etməyini gözləyirlər: \”Hazırda hər hansı yeni məlumat yoxdur. Ermənistan qərarın icrasından imtina edir\”.

Ç. Əsgərov vurğulayıb ki, Ermənistanda saxlanılan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib: \”Azərbaycan bu prosesdə iştirak edir. Artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb. Bu il Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Eyni zamanda, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbirlər keçirilib. Bu həftə AŞPA-da Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin bu məsələdəki mövqeyi deputatların diqqətinə çatdırılacaq\”.

İnterpress.az