Samuxda aviabomba aşkar edilibbackend

Samuxda aviabomba aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, daxil olmuş məktuba əsasən xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Samux rayon Polis Şöbəsinin əməkdaşları iyunun 24-də qeyd olunan əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Samux rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviabombanın ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Samuxda aviabomba aşkar edilib

Samuxda aviabomba aşkar edilib

Samuxda aviabomba aşkar edilib

Samuxda aviabomba aşkar edilib

İnterpress.az