Tacikistanda səfərdə olan gənclər, səfir Həsən Məmmədzadə ilə görüşüblər-  FOTObackend

Tacikistanda səfərdə olan gənclər, səfir Həsən Məmmədzadə ilə görüşüblər- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən MDB gənclər forumunda iştirak etmək üçün Yeni Azərbaycan partiyası Gəncə şəhər təşkilatının gəncləri və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Tacikistanda səfərdədir.

Düşənbədə səfərdə olan Azərbaycan təmsilçiləri ilk öncə Ölkəmizin Tacikistandakı səfirliyində olublar. Gənclər ulu öndər Heydər Əliyevin səfirliyimizdə yerləşən abidəsini ziyarət etdikdən sonra, Fövqəladə və səlahiyyətli səfir Həsən Məmmədzadə ilə görüşüblər.

Qonaqları salamlayan səfir gənclərə Azərbaycan və Tacikistan əlaqələri haqqında geniş məlumat verib. Həsən Məmmədzadə bildirib ki, Azərbaycan və Tacikistan arasında uzun illər dostluq, qardaşlıq münasibəti olub və bu gün də hər iki ölkənin liderlərinin rəhbərliyi ilə bu əməkdaşlıq inkişaf edir.

ADİM sədri Toğrul Allahverdili çıxışı zamanı səfirə xoş və səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan Diasporu İnformasiya Mərkəzi adından təşəkkür plaketi təqdim edib.

Qeyd edək ki, görüşdə YAP Gəncə şəhər nümayəndəliyinin gəncləri Şahverdiyev Əli və Şükürlü Nazim iştirak ediblər.

Tacikistanda səfərdə olan gənclər, səfir Həsən Məmmədzadə ilə görüşüblər-  FOTO

Tacikistanda səfərdə olan gənclər, səfir Həsən Məmmədzadə ilə görüşüblər-  FOTO

Tacikistanda səfərdə olan gənclər, səfir Həsən Məmmədzadə ilə görüşüblər-  FOTO

İnterpress.az