Azərbaycan cüdo yığması 1/8 finalda uduzub- Minsk-2019backend

Azərbaycan cüdo yığması 1/8 finalda uduzub- Minsk-2019

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, yığmamız bu idman növü üzrə yarışların son günündə qarışıq komandaların mübarizəsinə qatılıb.

16 komandanın qüvvəsini sınadığı yarışda çıxış edən Azərbaycan millisi 1/8 finalda tatami üzərinə çıxıb. Komandamız ilk matçında Fransa ilə üz-üzə gəlib.
Qarşılaşma fransalı cüdoçuların qələbəsi ilə başa çatıb – 4:0. Bu məğlubiyyətlə yığmamız Avropa Oyunlarındakı çıxışı başa vurub.

Cüdo
Qarışıq komandalar
1/8 final

Fransa – Azərbaycan – 4:0
Kişilər. +90 kq. Siril Mare – Uşanqi Kokauri – 1:0
Qadınıar. 57 kq. Prissilla Qneto – Larisa Florian – 10:0
Kişilər. 73 kq. Qiyom Çeyn – Rüstəm Orucov – 11:1
Qadınlar. 70 kq. Mariya-Yeva Qaye – Nuriyyə Axundova – 10:0

İnterpress.az