Gürcüstanda parlamentin iclasında deputatlar arasında qarşıdurma baş veribbackend

Gürcüstanda parlamentin iclasında deputatlar arasında qarşıdurma baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iclasın əvvəlində \”Milli Hərəkat\” və \” Avropalı Gürcüstan\” partiyasından olan deputatlar vitse-spiker Tamar Çuqoşvilidən etirazçıların tələblərinin, eləcə də Daxili İşlər naziri Georgi Qaxariyanın istefası məsələsini müzakirəyə çıxarmasını istəyiblər. Lakin \”Gürcü Arzusu\” partiyasından olan millət vəkilləri buna etiraz ediblər. Bundan sonra tərəflər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Daha sonra \”Milli Hərəkat\” və \”Avropalı Gürcüstan\” partiyalarından olan deputatlar iclas zalını tərk ediblər. Nəticədə sessiyanın işində fasilə yaranıb.

İnterpress.az