“İstərdim ki, “Neftçi”də qazana biləcəyim bütün titullara sahib çıxım”- Stiven Monrozbackend

“İstərdim ki, “Neftçi”də qazana biləcəyim bütün titullara sahib çıxım”- Stiven Monroz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Stiven Monroz deyib.

Bu yay “Qəbələ”dən paytaxt klubuna keçən fransalı futbolçu yeni komandasındakı iddialarını açıqlayıb: “İstərdim ki, \”Neftçi”də qazana biləcəyim bütün titullara sahib çıxım, öz oyunumla hücum xəttinə güc qatım. Şəxsi hədəfim bacardığım qədər çox qol vurmaqla komandaya fayda verməkdir”.

“Neftçi”nin saytına müsahibə verən S.Monroz uyğunlaşma dövrünü arxada qoyduğunu bildirib: “Adaptasiya prosesi gözlədiyimdən də yaxşı gedir. Bu da komandadakı yüksək əhval-ruhiyyədən irəli gəlir. Burada əla atmosfer var. Komanda üzvləri məni yaxşı qarşıladılar. Həm də \”Neftçi”yə gələnədək bir neçə futbolçu ilə paltardəyişmə otağını bölüşmüşük. Bunlar Rauf Əliyev və Voislav Stankoviçdir. Bundan əlavə, Baqali Dabo ilə 2017/2018 mövsümündə birlikdə oynamışıq, meydanda bir-birimizi çox yaxşı anlayırıq. Üstəlik, gənclərdən ibarət milli komandada bir çıxış etdiyimizə görə Soni Mustivarı da yaxşı tanıyıram”.

Fransalı hücumçu “ağ-qaralar”ın hazırlıq prosesini də dəyərləndirib: “Toplanış öz qaydasında davam edir. Düşərgəyə gec qoşulmağıma baxmayaraq, fiziki hazırlıq üzrə məşqçimizlə bir neçə gün fərdi məşqlər keçəndən sonra komanda ilə ümumi hazırlığa qatıldım. Özümü yaxşı hiss edirəm. Məncə, toplanışın sonuna kimi istədiyim formanı tam bərpa edəcəyəm”.

S.Monroz Avropa Liqası barədə fikirlərini də bölüşüb: “Baş məşqçinin tapşırığı ilə hazırlığı davam etdiririk. Əvvəlcə məqsədimiz Avropa Liqasına uğurlu başlamaqdır. Rəqibimiz \”Speranta” haqda çox məlumatım olmasa da, son oyununun bəzi epizodlarını izləmişəm. Məğlub olmaqlarına baxmayaraq, yaxşı oynadılar. Qol epizodlarından istifadə edə bilmədilər. Yaxşı heyəti, legionerləri var. Buna görə də hesab edirəm ki, bizi asan oyun gözləmir. Bizim də gözəl kollektivimiz, güclü futbolçularımız var. Çalışacağıq səfərdən yaxşı nəticə ilə qayıdaq ki, doğma meydanda, azarkeşlərimizin gözü önündə qalib gəlib mərhələni keçək. Azarkeşlərimizi, bütün \”Neftçi” ailəsini sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

İnterpress.az