Bakıda fəhləni cərəyan vuraraq öldürübbackend

Bakıda fəhləni cərəyan vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən \”Alprof\” MMC-yə məxsus emalatxanada baş verib. Orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az