Azərbaycanlı boksçu 1/4 finala yüksəlib- Minsk-2019backend

Azərbaycanlı boksçu 1/4 finala yüksəlib- Minsk-2019

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, “Uruçye Arena”nın rinqinə öncə 60 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular çıxıb.

Dəri əlcək sahibləri 1/8 final mərhələsində qüvvələrini sınayıblar. Azərbaycan yığmasının üzvü Cavid Çələbiyev də növbəti döyüşünü keçirib. Dünya çempionumuz Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan təmsilçimiz 1/4 finala yüksəlib.

C.Çələbiyev 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. Boksçumuz Cordan Rodriges (Fransa) – Otar Eranosyan (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, C.Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.

İnterpress.az