Türkiyədə hərbi xidmət haqqında 92 il sonra yeni qanun qəbul olunubbackend

Türkiyədə hərbi xidmət haqqında 92 il sonra yeni qanun qəbul olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu gün TBMM-də qəbul edilən qanun layihəsi təsdiq olunmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Türkiyədə 1927-ci ildə hərbi xidmət haqqında qəbul edilən qanun layihəsi 65 maddə ilə yenilənib və TBMM-də 335 səslə qəbul olunub. Qanun layihəsində edilən dəyişikliklər arasında ödənişli hərbi xidmət müddətli olması, əsgərlik 6 aya endirilməsi və 130 min əsgər erkən tərxis olunması da nəzərdə tutulur.

Bu gün Rəcəb Tayyib Ərdoğan TBMM-də sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında TBMM-nin AKP millət vəkillərinin qrup toplantısında sözügedən qanun layihəsi ilə bağlı müdafiə naziri Hulusi Akar Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İyi Partiyanın liderləri ilə görüşdüyünü bildirib.

İnterpress.az