BMT Bakıda Dövlət Xidmətləri Forumunun təşkilatından razı qalıbbackend

BMT Bakıda Dövlət Xidmətləri Forumunun təşkilatından razı qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu BMT-nin Təhsil və Tədqiqat Mərkəzinin icraçı direktoru Nixil Set Forumun yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təşkilati məsələlər və iştirakçıların sayı baxımından bu tədbir misilsizdir.

\”Azərbaycanda olmaq, Bakıda olmaq və ASAN-ı görmək bu, xüsusilə kasıb və inkişaf edən ölkələr üçün çox əlamətdardır. ASAN Azərbaycanda çox gözəl işləyən modeldir. Mən arzu edərdim ki, bütün yoxsulluq içində olan, az inkişaf etmiş dövlətlərdə bu model tətbiq olunacaq və inkişaf edəcək\”, – deyə N. Set qeyd edib.

O bildirib ki, bu forumun müsbət tərəflərindən biri odur ki, dövlət xidmətləri ilə məşğul olan çoxsaylı auditoriya bir-biri ilə görüşüb: \”Onlar şəbəkə yaradırlar və uzun bir dostluğun əsasını qoyurlar. Bu, çox əhəmiyyətlidir və yeni davranışların və yanaşmaların formalaşmasına zəmin yaradır. Bundan əlavə texnologiyaların dövlət xidmətlərinin göstərilməsinə necə cəlb edilməsinin mümkünlüyü məsələsi də önəmlidir. Düşünürəm ki, bütün iştirakçılar geri dönərkən artıq əmin olmuş olacaqlar ki, texnologiya yeni bir tərzdə tətbiq oluna bilər və dövlət xidmətlərinin inkişafına mühüm töhfə verə bilər\”.

N. Set həmçinin Azərbaycana Forumu təşkil etdiyinə görə minnətdarlığını bildirib.

İnterpress.az