Gürcüstanda deputatın həbsi üçün parlament baş prokurorluğa icazə veribbackend

Gürcüstanda deputatın həbsi üçün parlament baş prokurorluğa icazə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Gürcüstanın Baş prokurorluğunun parlamentə müraciəti əsasında keçirilən səsvermədə Hüquq və Prosessual komitə üzvlərinin əksəriyyəti deputatın saxlanılmasının lehinə səs verib.

Qeyd edək ki, ötən gün Gürcüstanın baş prokurorluğu Vahid Milli Hərəkat partiyasından olan deputat Nika Melianın həbsi barədə qərar qəbul edib. Prokurorluq qərarın həyata keçirilməsi məqsədi ilə millət vəkilinin toxunulmazlığının və millət vəkili mandatının ləğv edilməsi haqqında parlamentə müraciət edib.

Nika Melia Tbilisidə keçirilən mitinq zamanı baş verən zorakılığı təşkil etməkdə, liderlik və iştirak etməkdə günahlandırılır.

İnterpress.az