Tbilisidə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunubbackend

Tbilisidə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, onlar müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, büstü önünə gül dəstələri düzüblər.
Bayram tədbirində Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Bülənt Akdeniz, müavinləri – polkovnik-leytenant Əkrəm Karakuş və mayor Aydın Tokuşlu, həmçinin Azərbaycan mediasının bu ölkədəki nümayəndələri də iştirak ediblər.

Türkiyəli zabitlər və Azərbaycanın media nümayəndələri bütün türk dünyasının dahi şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən səfir D. Həsənov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib, onlara uğurlar arzulayıb.

Hərbi attaşe aparatının zabitləri parka toplaşan insanlara müstəqil Azərbaycan dövləti və ordusunun inkişafı, Azərbaycanın demokratik, sülhsevər ölkə olması barədə məlumat veriblər.

İnterpress.az