“Tramp iyulda Türkiyəyə gələcək”- Ərdoğanbackend

“Tramp iyulda Türkiyəyə gələcək”- Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu Yaponiyada keçirilən G-20 Sammitinə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Trampın Türkiyəyə sanksiya tətbiq etməsinin qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyi barədə sualı belə cavablandırıb: “Sammit çərçivəsində Trampla təkbətək görüşümüzün münasibətlərdə yaranan problemləri aradan qaldırmaq və müttəfiqliyimizi möhkəmləndirmək üçün önəmli olacağını düşünürəm. Tramp iyulda Türkiyəyə gələ bilər\”.

Ərdoğan \”F-35\” layihəsindən kənarlaşdırılma ehtimalına da münasibət bildirib: \”Biz “F-35” layihəsi üçün artıq 1.25 milyard dollar ödəmişik. Əgər belə bir səhv addım atsalar, beynəlxalq məhkəməyə müraciət edər, həmin pulun qaytarılmasını istəyərik. Biz alıcı deyilik, eyni zamanda istehsal edən şərikik”.

İnterpress.az