Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda tikintidə bədbəxt hadisə: 1 nəfər ölüb

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Dərc edilib: 28 iyun 2019 [12:00]
Baxış sayı: 28435

İnterpress.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda tikilməkdə olan yaşayış binasında qeydə alınıb. Orada işləyən, 1962-ci il təvəllüdlü Mirələm Abdullayev idarə etdiyi “KamAZ” markalı yük avtomobilini arxaya idarə edərkən, həmin tikintidə fəhlə işləyən, 1967-ci il təvəllüdlü Fazil Seyidovu vuraraq qaldırıcı qurğunun dəmir hissəsinə sıxıb. Fəhlə aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176