Azərbaycan aqrar sığorta sahəsində Türkiyənin TARSİM modelindən istifadə edəcəkbackend

Azərbaycan aqrar sığorta sahəsində Türkiyənin TARSİM modelindən istifadə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, aqrar sığortanın tətbiqi sahəsində Azərbaycan və Türkiyəyə kənd təsərrüfatı qurumları adasında memorandum mövcuddur.
\”Azərbaycanda bu məsələyə dair artıq qanun qəbul olunub və bu modelin tətbiqi istiqamətində yaxın gələcəkdə sürətli işlər aparılacaq. Söhbət TARSİM modelinin ölkədə tətbiqindən gedir. Türkiyənin TARSİM modeli ispan modeli üzərində qurulub və bu kənd təsərrüfatı sahəsində ən mütəşəkkil sistemidir\”, – deyə M. Əliyev qeyd edib.

Agentliyin sədri əlavə edib ki, bu modelin tətbiqi üçün dövlət başçısı tərəfindən qanun təsdiq olunmalı, eyni zamanda aqrar sığorta orqanı təsis edilməli, sığorta şirkətlərinin iştirakı ilə idarəedici qurumu yaradılmalı, məhsullar hazırlanmalı və elektron sistem istifadəyə verilməlidir.

\”Məqsədimiz – bunu ən qısa müddətdə həyata keçirək ki, artıq növbəti əkin ilindən fermerlər bunu istifadə edə bilsinlər\”, – deyə M. Əliyev qeyd edib.

İnterpress.az