Gürcüstanda müxalifət parlamentin iclasını boykot edibbackend

Gürcüstanda müxalifət parlamentin iclasını boykot edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müxalif \”Milli Hərəkat\” və \”Avropalı Gürcüstan\” partiyalarının parlament fraksiyaları bugünki plenar sessiyanı siyasi boykot etdiklərini açıqlayıblar.

Partiyaların fraksiyaları bunun ölkədə baş verən proseslərlə əlaqəli olduğunu bildiriblər.

Parlament bürosunun artıq müxalifət fraksiyalarının boykot etmə müraciətini aldığı bildirilib.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin yaz sessiyasının sonuncu iclasıdır.

İnterpress.az