Azərbaycanda gənclərin innovativ ideyalarına güzəştli kredit veriləcəkbackend

Azərbaycanda gənclərin innovativ ideyalarına güzəştli kredit veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, Fond bir müddət öncə ölkə daxilində təhsil alan xüsusi istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə müsabiqə elan edib. Ötən il prezident İlham Əliyevin göstərişi ilə Fond tərəfindən 237 gəncin təhsil haqqı borcları qarşılanıb. Bu il müsabiqə yenidən davam edir: “Müsabiqə iyulun 19-dək davam edəcək. Gənclərə müraciət edirəm ki, xüsusi istedadlı ödənişli təhsil alan gənclər bu imkandan yararlansın. Fondun təhsil proqramında həyata keçirdiyi ikinci istiqamət xaricdə təhsil proqramıdır. İndiyədək xaricdə təhsillə bağlı dövlət proqramlarından minlərlə gənc yararlanıb. Bu il isə mayın 23-də Gənclər Fondu tərəfindən xaricdə təhsilin maliyyələşməsi ilə bağlı proqram elan olunub. Yüzlərlə gənc bu proqrama müraciət edib. Onların əksəriyyəti çox istedadlı, savadlı gənclərdir. Bu cür dəstək mexanizmlərinin gələcəkdə daha da artırılması nəzərdə tutulur”.

F. Cəfərov deyib ki, növbəti ildən Fond tərəfindən artıq sahibkarlıqla bağlı gənclərə dəstək göstərilməsi, onların innovativ ideyalarının güzəştli kredit şəklində maliyyələşməsi nəzərdə tutulur.

İnterpress.az