AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbirin yekununda bəyanat qəbul olunubbackend

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbirin yekununda bəyanat qəbul olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın AŞPA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanat tədbirdə iştirak edən yerli və digər ölkələrdən olan parlamentarilər tərəfindən imzalanıb.

Bəyanatda vurğulanır ki, iyulun 11-də Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu yaxınlığında qohumlarının qəbirlərini ziyarət edərkən girov götürülməsinin beş ili tamam olacaq. Həmçinin bu günədək onların azad edilməsi ilə bağlı bütün çağırışların rədd edilməsindən narahatlıq ifadə olunur. Bəyanatda iki azərbaycanlı girovun pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə onların dərhal və qeyd-şərtsiz azad edilmələrini təmin etmək üçün Avropa Şurasının baş katibinə, AŞPA-ya və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə çağırış edilir.

Həmçinin bəyanatı imzalayanlar Avropa İnsan Haqları Məhkəməsinin onların azad edilməsi ilə bağlı qərarını səbirsizliklə gözlədiklərini vurğulayır.

İnterpress.az