Azərbaycan velosipedçisi 1/32 final səddini adlaya bilməyib- Minsk-2019backend

Azərbaycan velosipedçisi 1/32 final səddini adlaya bilməyib- Minsk-2019

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, trek yarışlarında çıxış edən idmançımız sprintdə mübarizə aparıb.

Təsnifat mərhələsində 200 metri 10,805 saniyəyə qət edən yığma üzvü 22 velosipedçi arasında sonuncu olub. Buna baxmayaraq, S.Omelçenko 1/32 finala yüksəlib.

İdmançımız bu mərhələdə polşalı Mateuş Zbiqnev Rudikə rəqib olub. Sonuncu məsafəni 10,974 saniyəyə qət edib. Ondan 0,291 saniyə geri qalan velosipedçimiz 1/16 finala yüksələ bilməyib.

İnterpress.az