İnterpress.az-ın məlumatına görə, artıq bir neçə gündür ki, ticarət mərkəzinin söküntüsü həyata keçirilir.
Ərazidə iş aparan şirkətdən bildirilib ki, söküntü işləri sentyabr ayınadək yekunlaşacaq.
Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.
İnterpress.az–